İtaliyada zəlzələ baş verib- dağıntılar varbackend

İtaliyada zəlzələ baş verib- dağıntılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Ria Novosti nin məlumatına görə, həmin ərazilərdən 40 minə yaxın sakin təxliyə edilib.

Bu, 1980-ci ildən bəri İtaliyada baş vermiş ən güclü zəlzələdir. Zəlzələnin maqnitudası Rixter cədvəli ilə 6,5 bal təşkil edib, episentri mərkəzi İtaliyada, Norça şəhəri yaxınlığnda qeydə alınıb. Təbii fəlakət insan itkisinə səbəb olmasa da, 20 nəfər xəsarət alıb, çoxlu sayda tikili, eləcə də tarixi abidə dağılıb.

Qeyd edək ki, oktyabrın 30-u səhər saatlarında baş vermiş zəlzələdən sonra yeraltı təkanlar gün ərzində davam edib. Ümumilikdə 114 təkanın qeydə alındığı deyilir.

İtaliyada zəlzələ baş verib- dağıntılar var
İtaliyada zəlzələ baş verib- dağıntılar var

İnterpress.az