Deputat: “Sivilizasiyalar yox, siyasətlər toqquşur”backend

Deputat: “Sivilizasiyalar yox, siyasətlər toqquşur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin \”İctimai birliklər və dini qurumlar\” komitəsinin üzvü, millət vəkili Fazil Mustafa fikirlərini İnterpress.az saytı ilə bölüşüb.

Fazil Mustafa hesab edir ki, məcburetmə vasitələri nikbin yol deyil, yəni bu həmişə tətbiq edilib, lakin effektiv variant kimi sübutunu tapmayıb:

“Bu bir vicdan məsələsidir və burada insanların inamından söhbət gedir. Beyində yaranmış yanlış fikirləri zorla müəyyən müddət ərzində dəyişdirmək olmaz. Buna görə də ən effektiv yol maarifçilik yoludur, yəni ilk növbədə insana başa salınmalıdır ki, Quranda nə yazılır, sənin etdiyin nədir. Birinci olaraq, həmin insanlara demək lazımdır ki, sənin həyata keçirdiyin əməllər Quranda əksini tapıbmı?
Dinin, Quranda yazılanların insanlara doğru şəkildə çatdırılması vacibdir. Məhz problemlərin kökü buradan başlayır. Ayrı-ayrı kitablar, qəzetlər, jurnallar gündəmdə olmalı və bu məsələ insanlara anlaşılan dildə çatdırılmalıdır ki, insanların şüurunda müəyyən dəyişikliklər etmək mümükün olsun”.

Deputat: “Sivilizasiyalar yox, siyasətlər toqquşur”

Dini inanclara tolerantlığın təbliğ edilməsi və dini radikalizmlə mübarizə aparılması məsələlərində millət vəkili ortaq məxrəc təklif edib:

“Dinin özü doğru şəkildə təqdim olunarsa, hər iki məsələ tamamilə öz yoluna qoyular. Quranda vəhşilik yoxdur, Quranda insana sevgi, insan hüquqlarına hörmət var. Dinimizdə hər hansı bir zorakılıq prinsipi yoxdur, əgər zorakılıq tətbiq edilirsə, deməli bu fəalliyyət hər nədirsə, Qurana söykənən İslam deyil. İslamda xurafata, cəhalətə əsas verən heç nə yoxdur”.

2016-cı ilin Azərbaycanda “multikultiralizm ili” olmasını isə Fazil Mustafa yüksək qiymətləndirərək, bu sözləri söyləyib:

“ Multikulturalizm bir mədəniyyət, dinlərarası münasibətlərin normal səviyyədə olması, həmçinin bir ölkənin sivil dəyərləri yaşatma məsələsidir. Ona görə də ölkəmizdə bu istiqamətdə də dəyərlər təbliğ olunur”.

Deputat: “Sivilizasiyalar yox, siyasətlər toqquşur”

Sonda millət vəkili Hantinqtonun “Sivilizasiyaların toqquşması”- “The Clash of Civilizations?” konsepsiyasına münasibət bildirərkən qeyd edib ki, sivilizasiyalar yox, siyasətlər toqquşur:

“Guya bu gün ərəb ölkələrində, İranda olan mədəniyyət bütövlükdə İslamdırmı? Bunlar rejim olaraq, sistem olaraq, ad olaraq İslamdır. Mahiyyət etibarilə, o zaman Norveç daha çox İslam ölkəsidir, çünki o, insanların problemlərinin həllinə yönələn, sosial bir dövlətdir. Bu cür məsələlərdə ona görə də məsələyə hərfi mənada yanaşmaq olmaz. Burada əsas məsələ İslama baxış bucağıdır. İslam dəyərlər toplusudur, əgər bu dəyərlərdən kənar təzahürlər varsa, bunu İslam adı ilə qələmə verməyin mənası yoxdur. Hantinqtonun nəzəriyyəsi şişirdilmiş və populizm naminə qaldırılmış bir konsepsiyadır. Əslində konkret İslam mədəniyyəti ortada yoxdur ki, deyək ki, bu mədəniyyətə görə belə problemlər yaşanır. Problemlərin yaşanma səbəbi təhrif olunmuş İslamdır”

Aytək Yusifsoy
İnterpress.az