İnterpress.az xəbər verir ki, Harri Rid öz saytında dərc etdiyi açıq məktubda bildirib:-\”Mənim sizinlə və milli təhlükəsizlik sahəsində çalışan digər yüksək rütbəli şəxslərlə söhbətlərim zamanı məlum oldu ki, sizdə Donald Trampın Rusiya hökumətilə əlaqələri haqqında sensasion informasiyalar var. Bu informasiyalardan xəbərdar olmaq cəmiyyətin haqqıdır\”.
Harri Rid həmçinin, FTB rəhbərini “ikili standart”larda ittiham edərək bildirib ki, FTB öz fəaliyyətində obyektiv deyil, çünki Hillari Klintona aid faktları dərhal “mənfi prizmadan təqdim etməkdən” çəkinmir. Qeyd edək ki, burada söhbət Hillari Klintonun elektron poçtundan oğurlanan məktubların yayımlanmasına FTB-nin reaksiyasından gedir.
İnterpress.az