“Azərbaycan beynəlxalq aləmə ultimatum ünvanlasın”- TƏKLİFbackend

“Azərbaycan beynəlxalq aləmə ultimatum ünvanlasın”- TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az politoloqun sosial şəbəkədə paylaşdığı statusu təqdim edir:

“Necə edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə “mərhələli həll” planı işə düşsün və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın? Düşmən aprel döyüşlərindən və verdiyi itkilərdən nəticə çıxarmadı. Danışıqlarla da alınmır. Böyük dövlətlər isə rəsmi İrəvana təzyiq etmək istəmirlər. Demək, yeganə alternativ Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ünvanlayacağı ultimatum olmalıdır. Bu ultimatumda deyilməli və yazılmalıdır ki, müəyyən vaxt ərzində (məsələn 3 ay ərzində) Ermənistan Dağlıq Qarabağa aidiyyatı olmayan rayonları boşaltmazsa Azərbaycan ordusu bu torpaqları azat etmək əməliyyatına başlamaq məcburiyyətində qalacaq. Qoy həm Ermənistan, həm də beynəlxaq aləm vahimə içində olsun. Bəlkə onda nəsə hərəkətlənmə olar. Çünki başqa çarə qalmayıb”.

İnterpress.az