60 ildən sonra evləndilərbackend

60 ildən sonra evləndilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, cütlük ilk dəfə 60 il bundan qabaq kilsədə rastlaşıblar.
“Mən o vaxtı kilsənin xorunda oxuyurdum, Xarold isə kilsəyə demək olar ki, hər gün baş çəkirdi. Bir dəfə o qəflətən çıxış zamanı mənim üzümdən öpdü.
Lakin mən 1952 ci ildə başqa bir kişi ilə ailə həyatı qurdum. Ərimlə birlikdə 40 il ömür sürdüm. Yeri gəlmişkən, Xaroldda toyda iştirak edirdi. Sonra mən bir daha Xaroldu görmədim. Uzun illər ötdü, ərim dünyasını dəyişdi, mən isə kilsəyə gəlməyi davam edirdim. Bir gün Xarolda rast gəldim. Hər günümüz birlikdə keçdi. Qərara gəldik ki, evlənək”- bunu jurnalistlərə Miliey söyləyib.
Qeyd edək ki, toy paltarının dizaynını gəlin özü düşünüb.

60 ildən sonra evləndilər

İnterpress.az