Poliklinikada yanğın…backend

Poliklinikada yanğın…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Kürdəmir şəhərində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 2940 kv.m olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb.

Yanğın zamanı poliklinikanın 1-ci mərtəbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə) tüstülənmiş ərazidən təxliyə olunub.

Poliklinika binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az