Ağsu sakini həmkəndlisini bıçaqladıbackend

Ağsu sakini həmkəndlisini bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Ləngəbiz kəndində qeydə alınıb. Kənd sakini 1998-ci il təvəllüdlü Novruzov İntiqam Şiraz oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 2000-ci il təvəllüdlü Muradov Süleyman Əvəz oğlunu bıçaqlayıb. Bədənin iki yerindən bıçaq xəsarəti alan Süleyman Muradov Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. ( apa )

İnterpress.az