“Azərbaycan Rusiya iqtisadiyyatına investisiya qoyub”backend

“Azərbaycan Rusiya iqtisadiyyatına investisiya qoyub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda deyib.
Onun sözlərinə görə, iki ölkə arasında azad ticarət rejimi mövcuddur: \”Bu, ticarət əlaqələrinin və iş adamları arasında əməkdaşlığın inkişafına əlavə imkan yaradır\”.
Ş. Mustafayev deyib ki, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Nazir əlavə edib ki, son illər Rusiya Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan çox investisiya qoyub. O bildirib ki, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox birbaşa investisiya yönəldib: \”Azərbaycanın \”Karat Holdinq\” şirkəti bu il Yesentuki şəhərində 25 mln. dollar dəyərində sanatoriya-kurort mərkəzini istifadəyə verib, \”Azərsun Holdinq\” Krasnodar vilayətində 8 mln. dollar dəyərində meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 mln. dollar dəyərində çay fabriki tikib. \”Karvan-L\” şirkəti Kabarda-Balkar Respublikasında \”Stalprom\” şirkətinin tikintisi və təchizatı, Dağıstanda isə təqribən 1,5 mln. dollar dəyərində \”Anji\” İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb\”.

İnterpress.az