Daha bir marşrut xəttində gediş haqqı “Bakı Kart”la ödəniləcəkbackend

Daha bir marşrut xəttində gediş haqqı “Bakı Kart”la ödəniləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb:

“Həmçinin şərnişinlərin Bakı Kartı rahat şəkildə əldə edə bilməsi, eləcə də kartda müəyyən məbləğ yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları qoyulub. İlk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaq”.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində 15 marşrut xətti üzrə avtobuslarda ödəniş vahid kart sistemi ilə həyata keçirir.

Gülşanə Mustafayeva
İnterpress.az