İnterpress.az Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı oktyabr ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin oktyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 9643 xəbər yerləşdirilib. Bunlardan 224-ü mənfi, 923-ü müsbət və 8496-sı isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Dövlət Gömrük Komitəsi (57 xəbər – gömrük məmurlarının özbaşınalığı), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (53 xəbər – komitədə yeyinti iddiaları, şikayət və s.). Müsbət xəbərlərlər isə Dövlət Gömrük Komitəsi (763 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (96 xəbər – komitə qanun pozuntuları aşkarladı) və Əmlak Məsələləri Dövlət Komitəsinə (64 xəbər – torpaqların qanunazidd istifadəsi hallarını aşkar edib) məxsusdur.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
İnterpress.az