İnterpress.az “Rudaw”a istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetinin alimləri, yeni ixtira etdikləri bionik eynək vasitəsilə görmə qabiliyyətini tamamilə itirmiş qadını sağlamlığına qovuşdurub.
Ekspertlər, eynəyin üstündə olan kameranın görüntünü elektrik siqnallarına çevirdiyini, insanin beyninə yerləşdirilmiş xüsusi cihazın isə bu siqnalları qəbul etdiyini bildiriblər. 6 həftəlik test müddətinin uğurlu olduğunu qeyd edən mütəxəssis qrupunun başçısı doktor Nader Pouratian bu sözləri söyləyib: “7 ildir kor olan 30 yaşındakı qadın bu eynəkdən istifadə edərək yenidən rəngləri, xətləri və bəzi nöqtələri görməyə başlayıb”
İnterpress.az