İntertpress.az “Qazeta Ru”ya istinadən xəbər verir ki, o 25 iyul 1980-ci ildə dünyasını dəyişib. Hələ o vaxtda onun öz əcəli ilə ölməsinə cəmiyyət şübhə ilə yanaşmışdı. Lakin, bu məsələ ilə bağlı nədənsə cinayət işi açılmadı. Jurnalistlər hadisənin şahidi veteran-polis Pavel Pavloviç Nikolayevdən sensassiyalı məlumat əldə ediblər. Onun sözlərinə görə, Vladimir Vısotskini yaxın dostları öldürüb! Onlar məşhur aktyorun əlini-qolunu bağlayıb balkona aparıblar. Faktla bağlı cinayət işi isə yuxarılardan gələn sifarişlə ört-basdır edilib.
Keçmiş polis işçisinin sözlərinə görə:
“Həmin gecə dostlar bir araya gəlib Vladimirin evinə yığışmışdılar. Aralarında qadın da vardı. Vladimir çox içirdi və içəndə özünü itirirdi, hamıya sataşırdı. Hardasa saat 11.00-də dostları Valdimiri “sakitləşdirmək” məqsədilə əlini-qolunu bağlayıb balkona aparıblar. Əyləncə davam edir və dostlar Vladimiri orda unudurlar. Mən bu hadisəni aktyor Yankloviçdən və həkim-anestizioloq Fedotovdan öyrənmişəm. Aktyor yalnız səhərə yaxın yada düşür, lakin məlum olur ki o çoxdan dünyasını dəyişib. Otağa keçirirlər, əlini-qolunu açırlar və anasına zəng edirlər.
Öz aralarında səhərə kimi danışırlar. Daha sonra dostlara, polisə, təcili yardıma zənglər başlanır. Şahidlərin dindirilmə prosesi başlayır, məlum olur ki, Vladimirin ölümündən sonra onun bədəninə toxunublar, otaqdan otağa keçiriblər, lakin heç kim bunu boynuna almayıb. Danışıqlar əsnasında şahidlər səhv informasiyalar verir, çaşırdılar, özlərini itirirdilər. Daha sonra məlum olub ki, Vladimirin ürəyində bəzi problemlər var imiş və qan-damar sisteminin fəaliyyəti o qədər də ürək açan deyilmiş. Onu qətiyyən bağlamaq olmazdı. Hadisə nəticəsində damarlarda tıxanma baş verir və beyinə qan sızır. Mən əminliklə söyləyirəm ki, məhz buna görə onun qohumları meyiti yarmağa izacə vermədi. Bilmədim dostlarını mı müdafiə etdilər, yoxsa kimdənsə çəkinib qorxdular. İndi kim nə deyə bilər ki? Amma fakt, fakt olaraq qalır”.
İnterpress.az