İnterpress.az “Vesti Ru” ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ekskuliziv olaraq Rusiyanın VGTRK kanalının əməkdaşı Darya Puşkova ilə müsahibəsində bildirib.
“Ankara və Moskva Suriyada gərgin məsələlərin həlli ilə bağlı dialoq aparır”-deyə nazir vurğulayıb.
Mövlud Çavuşoğlu nitqini belə davam etdirib: “Eyni zamanda, Rusiya və Türkiyə də, müxalifət delimitasiyası terrorçularla mübarizə prinsipləri üzərində fikir mübadiləsi var və eləcə də Suriya prezidenti Bəşər Əsədin gələcəyi haqqında fərqlər mövcuddur. İlk növbədə bombardmanları dayandırmaq, atəşkəsə əməl etmək vacibdir, sonra ağıllı şəkildə vaxt təyin etmək gərəkdir. Nə qədər ki müharibə davam edir, atəşkəs pozulur, bölgü aparmaq çətin məsələdir. Ankara və Moskva Suriyada müharibənbin bitməsi üçün əlimizdən gələni əsirgəməyəcək”
İnterpress.az