Şeyx Fransanın səfirini qəbul edibbackend

Şeyx Fransanın səfirini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Şeyxülislam A. Paşazadə Fransaya səfərləri zamanı ölkənin müsəlman din xadimləri görüşlərini, iştirak etdiyi beynəlxalq tədbirləri xatırladıb, ölkə barədə təəssüratlarını bölüşüb. Şeyxülislam həzrətləri ölkələrimiz arasında münasibətlərin son illərdə daha da inkişaf etdiyini, bunun mədəni-mənəvi sahələri də ehtiva etdiyini bildirib.
QMİ sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı danışıb. Dünyada gedən proseslər fonunda, dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verən faciəvi hadisələrin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi modelin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir, burada şiələr və sünnilər eyni məsciddə bərabər namaz qılırlar. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik vətəndaşlar dövlətin diqqətini, maddi və mənəvi qaygısını, himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Məscid, kilsə, sinaqoq və digər dini məbədlər dövlətimizin dəstəyi ilə təmir, bərpa olunur, yeniləri inşa edilir. Şeyxülislam vurğulayıb ki, “bu, bizim həyat tərzimizdir, dövlət rəhbərimizin vətəndaşlarımız üçün yaratdığı şəraitin bəhrəsidir”.
Xanım səfir Azərbaycanda fəaliyyətə başladığı dövr ərzində ölkəmizdə müşahidə etdiyi dini tolerantlıq mühitindən, Ramazan ayında Şeyxülislamın iqamətgahında iştirak etdiyi müqəddəs İftar süfrəsindəki abı-havadan rəğbətlə söhbət açıb.
QMİ sədri Fransa səfirini Azərbaycanın dini-mənəvi həyatı ilə bağlı maraqlandıran sualları cavablandırıb.
Görüşdə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak edib.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub. (modern.az)

İnterpress.az