İnterpress.az xəbər verir ki, “Sky News”a müsahibə verən keçmiş baş katib bildirib ki, ABŞ prezidenti hərbi qüvvələrdən çox könülsüz şəkildə istifadə edir:
“ABŞ dünyanın jandarmı kimi bizə lazımdır. Amerika məqsədyönlü qlobal liderlik nümayiş etdirməlidir. ABŞ-ın başqa ölkələrin işinə qarışmaqdan başqa yolu yoxdur. Böyük dövlətlər təqaüdə çıxmır”.
A. F. Rasmussen Donald Trampın ABŞ-da prezidentlik postuna gəlməsi ehtimalı ilə bağlı narahatlığını ifadə edib. Onun fikrincə, bu cür ssenari çox təhlükəli ola bilər. (apa)
İnterpress.az