Bəllidir ki, Türkiyə teror artıq adi hal alıb. Kamikadzelər xüsusən də ictimaiyyətin çox olduğu yerlərdə partlayışlara cəhd edirlər. Heç kim də bu hadisədən sığortalanmayıb. Sözümüzün canı Bakıdan Türkiyəyə hərəkət edən avtobuslarda təhlükəli anların yaşanmaması üçün əvvəlcədən hansı qabaqlayıcı tədbirlərin görülməsidir.
Mövzu ilə bağlı suallarımızı cavablayan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bu günə kimi beynəlxalq sərnişin daşınmada təhlükəli şəxsin və belə bir halın qeydə alınmadığını bildirib:
“Azərbaycanla MDB ölkələri arasında beynəlxalq sərnişindaşıma ilə bağlı saziş imzalanıb. İstər Azərbaycanda, istərsədə digər ölkələrdə bu sazişin yenilənməsi ilə bağlı müəyyən görüşlər keçirilir və protokollar imzalanır. Beynəlxalq sərnişindaşıma ilə bağlı sazişin müəyyən müddəalarında təhlükəsizlik məsələsi də qeyd olunub.
Beynəlxalq sərnişindaşıma həyata keçirilərkən müvafiq sazişə əsasən, nəqliyyat vasitəsi Azərbaycan ərazisində olduğu müddətdə, təhlükəsizliyin təmin edilməsinə biz, digər ölkənin ərazisində olarkən isə həmin ölkə öhdəlik daşıyır. Tərəfimizdən hansısa şübhəli fakt aşkar edilərsə bu zaman aiddiyatı orqanlara xəbərdarlıq edirik. Təhlükəsizlik tədbirlərinin sırasına izləmə aparatları da aiddir. Onlayın xəritə vasitəsi ilə yolboyu avtobusun harada olduğunu hansı fövqəladə hadisə olub olmadığını da müşahidə edə bilirik”.
Gülşanə Mustafayeva
İnterpress.az