Məşhur hafiz uşaqlara təcavüz edibbackend

Məşhur hafiz uşaqlara təcavüz edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”BBC-Türkce\”-yə istinadən xəbər verir ki, taciz qurbanları və ailələri \”BBC Farsçaya\” verdikləri açıqlamada, rəsmi yollarla ədalətin yerini tapması üçün iddialarını ictimaiyyətin müzakirəsinə çıxarmağa qərar verdiklərini bildiriblər.
Ölkədəki ictimai və dini xadimlərlə əlaqələri olan 65 yaşlı Səid Tous, Quran öyrənmək üçün dindar ailələrdən gələn 10 şagirdə cinsi təcavüz etməkdə günahlandırılır.
Tous keçən həftə ortaya çıxan iddiaları rədd edərkən qurbanlar, olanları xarici mediaya danışacaqlarını bildiriblər.
Qurbanlardan biri BBC-yə verdiyi açıqlamada Tusinin ona 12 yaşında olarkən hamamda cinsi təcavüz etdiyini iddia edib.
Adının açıqlanmasını istəməyən “təcavüz qurbanı” bu sözləri söyləyib: \”O qədər şok olmuşdum ki, nələr olduğunu anlaya bilmədim. Bir şey söyləməkdən qorxdum, çünki adım pis hallanacaqdı. Amma sonra şagirdləri arasında bir çox adamın bənzər şeylər yaşadığını eşitdim və o səbəblə səssizliyimi pozdum”.
iddialara görə, hücum qurbanları altı il əvvəl Tous haqqında şikayətçi olaraq, onu məhkəməyə veriblər.
Ancaq məhkəmə, şikayətlərin əsasız olduğunu və sübutların olmadığını bildirərək işi bağlayıb.
Sürgündə yaşayan insan hüquqları müdafiəçisi vəkil Məhəmməd Mustafayi BBC-yə etdiyi şərhdə qeyd edib: \”Tous, Xameneyinin əlindən bir çox mükafat alıb. Mühakimə olunmaqdan qaçmaq üçün bu əlaqəsindən istifadə edib”.
Bu arada Tousi də, haqqındakı iddiaların ruhani lider Ayətullah Əli Xamaneyiyə və mühafizəkar müttəfiqlərinə qarşı həyata keçirilən bir kampaniya olduğunu söyləyib.
Mühakimədən məsul Ayətullah Sadiq Amoli Larijani, Tousiyi günahlandıranlara \”nankor insanlar\” adlandırıb və \”düşmən mediayla əməkdaşlıq edən hər kəsin mühakimə olunacağını\” söyləyib.
İranlı millət vəkili Əli Motahari isə “qurbanlara” dəstək deyib: \”Bu istintaqın bu qədər uzanması təbii deyil.
Bu uzanan müddət, şikayətçilərin xarici mediaya danışmağa məcbur etdi”.

İnterpress.az