İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, əyalət xilasetmə təşkilatının səlahiyyətli şəxsləri, Braziliyanın Santa Maria şəhərində mağarada edilən dini mərasiminə 50 adamın qatıldığını qeyd edib.
Xilasetmə dəstəsinin verdiyi məlumata görə, tavanın çökməsi nəticəsində 10 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb. Yaralılar bölgədəki xəstəxanalarda müalicə edilir.
Qeyd olunur ki, mərasim evində “Əzizlər günü” səbəbiylə dini mərasim təşkil edilibmiş.
İnterpress.az