İnterpress.az xəbər verir ki, komitənin Bakının nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, başçəkmə noyabrın 2-də gerçəkləşib:
“Saxlanılan şəxslərə ailələrindən məlumatlar çatdırlııb, onlardan da ailələri üçün məlumat alınıb”.
2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyidi düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində \”məhkəmə\” qurulub. \”Məhkəmə\”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.(modern)
İnterpress.az