İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada mədəniyyət işçilərinə mükafat verilən mərasimdə çıxış edərkən bildirib.
Ərdoğan nitqində bu sözləri deyib: “Alman Daxili İşlər Nazirliyi rəsmi olaraq, Türkiyədə uğursuz çevriliş cədindən sonra 35 nəfər türk vətandaşının sığınacaq üçün müraciətini qəbul edib və bildiyimə görə keçən həftə sənədləri təsdiq edib. Biz onlara terrorist dəstələrinin bizə təhvil verilməsi üçün müraciət edəndə, onlar bizə yalnız cinayət törətmiş səxslərin verilməsinə razı olurlar. Biz həmişə deyirik ki, terrorist dəstələri – bir əqrəbdir, sonunda sənin əleyhinə dönəcək və öz zəhərini buraxacaq. Mən Almaniyanın taleyi üçün çox narahatam. Almaniya terroristlərin sığınacağına çevrilib, Almaniya onları dəstəkləyir, onların qayğısına qalır.
Başa düşə bilmirəm, Almaniya necə bu cinayətkar dəstəyə sığınacaq verə bilər? Əgər onların bu cinayətkarların \”Gülənçi\” olduqlarına şübhələri varsa, mən onlara yetəri qədər sübut olunmuş sənədlər təqdim edə bilərəm. Bəli, onlar deyir ki, biz həyacanla Gülənin tərəfdaşlarının saxlanmasına nəzarət edirik. Biz də həyacanlıyıq, lakin qorxu və təəccüb hissi ilə onların qərarını gözləyirik. Bizim daxili qanunlarımız heç kimi narahat etməməlidir. Yeri gəlmişkən, onu da bildirim ki, Ankara, Almaniya kansleri Angela Merkelə, Almaniyada Gülən tərəfdarları olan və təqsirləri sübut olunan dörd min nəfərin siyahısını təqdim edib.”
İnterpress.az