“ASAN Xidmət” Rumıniya mətbuatındabackend

“ASAN Xidmət” Rumıniya mətbuatında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azərtac-a istinadən xəbər verir ki, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Tamerlan İsgəndərovun müəllifi olduğu məqalədə “ASAN xidmət”in iş prinsipi barədə məlumat verilir.

Bildirilir ki, “ASAN xidmət” mərkəzlərinin əsas hədəfi vətəndaşlara səmərəli xidmət göstərilməsi, sivil xidmət sahəsində peşəkarlığın artırılması və dövlət idarəçiliyində innovasiyaların tətbiqidir. Agentliyin iş prinsipi elə qurulub ki, hər bir vətəndaş istədiyi vaxt əməliyyatları internet vasitəsilə izləyə bilər.

Məqalədə bir çox ölkələrin Azərbaycanın “ASAN xidmət” təcrübəsini öyrənməkdə maraqlı olduğu bildirilir.

İnterpress.az