Audit 2015-ci ilin IV rübündən tətbiq edilən “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi” (TKİS) İSO 9001:2015 (Keyfiyyətin Menecmenti), İSO 14001:2015 ( Ekoloji Menecment), İSO 50001:2011 ( Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001:2007 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarına uyğun aparılır. Audit idarəetmə aparatınınstruktur bölmələrində və TKİS-in əhatə dairəsini genişləndirmək məqsədilə ”Yarenqa” yedək-təchizat və “Şirvan” kran gəmilərində də keçiriləcək.
Audit zamanı sahil və üzən obyektlərdə işin təşkili və sənədləşmənin TKİS-ə və beynəlxalq idarəetmə standartlarına uyğunluq səviyyələri müəyyənləşdiriləcək və aidiyyati xidmətlərlə araşdırılaraq təhlil ediləcək.
Qeyd edək ki, audit noyabrın 7-dək davam edəcək.
İnterpress.az