İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Staynmayer, Estoniya xarici işlər naziri Jürgen Liqasla görüşdən sonra təşkil olunan ortaq mətbuat konfransında açıqlamalar verib və sualları cavablandırıb.
“Hal-hazırda yaşananlar üçün yenidən təmkinli şəkildə düşünmək lazımdır. Suriya və İraqdakı böhran vəziyyətinə görə Türkiyə əhəmiyyətli bir ölkədir və əhəmiyyətli ölkə olaraq qalacaq. Buna görə Türkiyə ilə yaxşı və konstruktiv əlaqələri davam etdirməyi istəyirik. Ancaq son günlərdə olan hadisələr, alman millət vəkili heyətinin İncirlik bölgəsinə etdiyi ziyarət də hələ çətin bir yolda olduğumuzu göstərir. Prezident Ərdoğanın Almaniyanın təhlükəsizlik vəziyyətinə bağlı ifadələrini də anlaya bilmirəm.\”
İnterpress.az