Bunu Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini bildirib: “Azərbaycan Aİ-nin daxili müzakirələrinə müdaxilə etmir, bütün məsələləri Avropa özü həyata keçirir. Düşünmürəm ki, yeni sazişlə bağlı Avropa İttifaqının mənfi münasibəti olsun”.
M.Məmməd-Quliyevin sözlərinə görə, danışıqlar üçün mandat verildikdən sonra ikitərəfli münasibətlər daha da dərinləşəcək.
İnterpress.az