İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Zaxarova bunu Beynelxalıq Çin radiosuna müsahibəsində bildirib.
“Bizim Amerika həmkarlarımızın sadəlövhcəsinə düşünürlər ki, terrorizmi yola gətirmək, onunla oyun oynamaq və yaxud da onu tərbiyələndirib dəyişmək olar. Bu mümkün deyil. Terrorizm sanki bir zəhərli ilandır, üzünü çevirən kimi o səni arxadan vuracaq və onunla oyun oynamaq qeyri-mümkünüdür. Qərb, \”Dzhabhat-ən-Nüsra\” (Rusiya Federasiyasında qadağan olunmuş dəstə) və digər terrorçu qruplarına dəstək olur, sponsorluq edir. Amma unutmasınlar, zəhmətlərinin bəhrəsini görməyəcəklər, adı üstündə onlar terroristdir\”- deyə, Zaxarova müsahibəsində qeyd edib.
İnterpress.az