Bu baradə İnterpress.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Bakı Sumqayıt- Bakı elektirik qatarları dekabr ayından sonra Biləcəri və Xırdalan stansiyalarında da dayanacaq. Stansiyalarda hazırlıq işləri bitmək üzrədir. Dekabr ayının ilk günlərindən etibarən sərnişinlərin istifadəsinə veriləcək. Hazırda Biləcəri və Xırdalan stansiyalarında platformaların tikintisi və və turniketlərin quraşdırılması işləri başa çatmaq üzrədir. Biləcəri vağzalında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma tikilib, hər iki istiqamətdə turniketlər quraşdırılıb. Xırdalan stansiyasiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib. İşlərin bu yaxınlarda yekunlaşdırılması nəzərdə tutulur”.
N. Əzməmmdov əlavə edib ki, Bakı – Sumqayıt- Bakı elektirik qatarlarında biznes klass vaqonlarında gediş haqqı dəyişəcək. Noyabr ayının 5 dən etibarən gediş haqqı 1, 20 AZN olacaq.
Xatırladaq ki, “Bakı – Sumqayıt- Bakı ” elektirik qatarlarının biznes klass vaqonlarında gediş haqqı 1,60 AZN olub.
Gülşanə Mustafayeva
İnterpress.az