Türkiyədə daha bir deputat tutuldubackend

Türkiyədə daha bir deputat tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, terror istintaqı çərçivəsində gecə Ankarada nəzarətə alınan HDP qrup başqan vəkili İdris Baluken istintaqa gətirildiyi Bingöldə məhkəmə qərarı əsasında həbs olunub.

Xatırladaq ki, HDP üzvləri olan 11 deputat həbs olunub. Onların arasında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da var.
Toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunduqlarına görə dindirilməyə çağırılan, lakin məhkəməyə gəlməyən həmin deputatlarla bağlı əməliyyat keçirilib. Polis S.Dəmirtaşı Diyarbəkirdə, F.Yüksəkdağı isə Ankarada saxlayıb. (modern.az)

İnterpress.az