8-ci kilometr qəsəbəsində işdən evə qayıdarkən yolu keçmək istəyən qızı avtomobil vurub. Hadisə “Qara Qarayev” metrostansiyasının yaxınlığında qeydə alınıb. Metrodan çıxan 1989-cu il təvəllüdlü Bağırova Samirə Eyvaz qızı Özbəkistan küçəsindən yolun əks tərəfinə keçmək istəyib. Bu zaman onu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb. Yaralı dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırlıb.
Samirə Bağırovanın vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır. ( musavat.com )
İnterpress.az