Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. Böyrək çatışmamazlığından əziyyət çəkən aktyorun qanında kreatinin miqdarı yüksəlib: “Kreatinin miqdarı 480 olub. Artıq 4-cü mərhələdədir. Bir mərhələ qalıb. Buna görə də əməliyyat vaxtı dəqiqləşib. Bir ayın içərisində əməliyyat olunmalıyam”.
Aktyor bildirib ki, vəziyyətinin pisləşməsi ilə əlaqədar artıq evdən bayıra çıxa bilmir.
Qeyd edək ki, bir müddət öncə aktyor Rəhim Rəhimovun səhhətində problem yaranıb. Böyrək çatışmazlığından əziyyət çəkən aktyorun əməliyyat xərcləri Heydər Əliyev Fondu tərəfindən qarşılanacaq.
İnterpress.az