İnterpress.az xəbər verir ki, İstanbuldan deputat seçilmiş S.Demirtaşın dosyesində “Cinayət niyyəti ilə təşkilat yaratmaq”, “Təşkilat üçün cinayətə əl atmaq”, “Silahlı terror təşkilatına üzv olmaq” kimi ittihamlar yer alıb.
Diyarbakır 2-ci Sülh Cəza Məhkəməsi onun haqqında həbs qəti-imkan tədbiri seçib. Məhkəmə qərarından sonra S.Demirtaş helikopterlə İstanbula, daha sonra isə Edirnədəki həbsxanaya aparılıb. (musavat)
İnterpress.az