Tramp önə keçdi – ABŞ-da sürpriz nəticəbackend

Tramp önə keçdi – ABŞ-da sürpriz nəticə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, prezident seçkilərinə sayılı günlərin qaldığı bir vaxtda Ohayo ştatının Klivlend şəhərində tərəfdarları qarşısına çıxan demokrat namizəd Hilari Klinton, onlardan noyabrın 8-də keçiriləcək seçkilərdə səs istəyib.

Təbliğat kampaniyasına müğənnilər Beyons və Cey-Zini də cəlb edən Klinton qeyri-adi bacarığı olan, fitri istedadlı insanlara dəstək verdiyini, prezident seçiləcəyi təqdirdə incəsənət nümayəndələrini xüsusilə diqqətdə saxlayacağını vəd edib.

Onun respublikaçı rəqibi Donald Tramp isə Klintonun tərəfdarları qarşısına müğənnilərlə çıxmasını tənqid edib. Tramp deyib ki, Klintondan fərqli olaraq seçicilər qarşısına müğənnilərlə yox, öz siyasi platforması ilə çıxır. Yerli mediada aparılan rəy sorğusunda Donald Tramp Hilari Klintonu 2 faiz qabaqlayıb.

İnterpress.az