İnterpress.az -nın AzərTAC-a istinadən verdiyi məlumata görə, konsert proqramında Alim Qasımov qızı ilə birlikdə bir sıra muğamlar, xalq və bəstəkar mahnıları və təsniflər ifa edib.
Qeyd edək ki, tanınmış muğam ustası Alim Qasımov artıq iyirmi ildən çoxdur Fransanın müxtəlif şəhərlərində konsertlər verir. Fransalı musiqisevərlər onun yaradıcılığı ilə yaxından tanışdırlar.
İnterpress.az