Nazirlikdən işığı kəsilən xəstəxana ilə bağlı açıqlamabackend

Nazirlikdən işığı kəsilən xəstəxana ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya açıqlamasında deyib ki, xəstəxana daha böyük və yeni binaya köçürülüb. Onun sözlərinə görə, kiçik binanın işıq sərfiyyatı da böyük bina qədər deyil: “Əvvəllər bunlar nəzərdə tutulmayıb və işıqların kəsilməsi bu səbəbdən olub. Artıq xəstəxana tam olaraq elektrik enerjisi ilə təmin olunub və orada generatorlar işləmir”.

Qeyd edək ki, noyabrın 3-də Ağsu Mərkəzi Rayon Xəstəxanasına elektrik enerjisinin verilməsi dayandırılıb.

İnterpress.az