Poroşenko Saakaşvilinin istefasını qəbul edəcəkbackend

Poroşenko Saakaşvilinin istefasını qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Prezident Administrasiyasının rəsmi Tvitter səhifəsində məlumat yerləşdirilib.

“Əgər Saakaşvili ərizəsini Nazirlər Kabinetinə təqdim etsə, Ukrayna prezidenti onun istefasını qəbul edəcək”, – mətndə qeyd olunub.

Administrasiyadan həmçinin bildirilib ki, M. Saakaşvilinin istefa verməsinin bütün səbəbləri araşdırılacaq.

Xatırladaq ki, postundan imtina edən Saakaşvili Ukrayna prezidentinin ünvanına sərt ittihamlar səsləndirib. O, Petro Poroşenkonu regionda cinayətkar “klan”ları himayə etməkdə günahlandırıb: “Poroşenko ya Yanukoviç? Xalq üçün nə fərqi var ki, onları kim talan edəcək? Prezident Poroşenko deyirdi ki, ona Yatsenyuk (eks-baş nazir-red.) mane olurdu. Biz “Təmizlik naminə” hərəkatını yaratdıq və Yaçenyukdan xilas olmaq üçün ona yardım etdik. Lakin prezident özü şəxsən Odessa vilayətində iki korrupsioner və kriminal klanı dəstəkləyir”. ( qafqazinfo.az )

İnterpress.az