Baş konsulluqdan Trend-ə verilən məlumata görə, R.İsmayılov Batumi şəhərinin merinə Azərbaycan ilə Gürcüstan arasında əlaqələr barədə məlumat verib. O, həmçinin, Naxçıvan və Batumi arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra hər iki region arasında siyasi,iqtisadi,turizm əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Yaxın zamanda Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair müzakirələr olub.
Sonda tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparıb.
İnterpress.az