“Erməni lobbisinin və diasporunun Trampa dəstək verməməsi…”backend

“Erməni lobbisinin və diasporunun Trampa dəstək verməməsi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a polotoloq Elçin Mirzəbəyli ABŞ-nın yeni prezidenti Donlad Trampın siyasətinin hədəflərindən danışarkən bildirib.
Xarici siyasətdə müəyyən korrektələr olacaq, amma bunların fundamental xarakter daşıyacağı inandırıcı görünmür. Qənaətimə görə, ABŞ-ın Trampın prezidentlik dönəmi ilə bağlı xarici siyasətinin hərtərəfli şəkildə praqnozlaşdırıması indiki məqamda çox çətindir:

“Lakin bu müstəvidə respublikaçıların ənənəvi siyasi gedişlərinin də nəzərə alınmasını vacib hesab edirəm. Trampın prezidentliyi dövründə Vaşinqtonun siyasəti indikindən daha ziddiyyətli ola bilər. Ölkənin ənənəvi müttəfiqləri ilə qlobal geosiyasi proseslərlə bağlı anlaşa bilməyəcəyi, rəqibləri ilə isə uzlaşmaya cəhd göstərəcəyi də gözləniləndir. ABŞ-Türkiyə, ABŞ-Rusiya münasibətlərində yeni istiqamətlərin ortaya çıxması da mümkündür. İndiki şəraitdə yalnız bir məqamla bağlı birmənalı proqnoz yürütmək olar: Dünya siyasəti indikindən daha dinamik, qütbləşməyə daha çox meylli, ziddiyyətli və qarışıq olacaq. Hərbi ritorikanın artacağı da gözləniləndir. Trampın prezidentliyinin Azərbaycana müsbət, yaxud mənfi nələrsə vəd edəcəyini birmənalı şəkildə söyləmək doğru olmazdı. Çünki belə məqamlarda yalnız Trampın mövqeyi rol oynamır. Regionun aparıcı güclərinin mövqeyini, bu mövqelərlə bağlı uzlaşılacaq və uzlaşılmayacaq məqamları, hətta bəzi korporativ maraqlardan qaynaqlanan məqamları da nəzərə almaq lazımdır. Düşünürəm ki, erməni lobbisinin və diasporunun Trampa dəstək verməməsi ABŞ prezidentinin Azərbaycanla bağlı münasibətlərində müəyyən rol oynaya bilər”.

Gülşanə Mustafayev
İnterpress.az