İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakini Azər Kazımovun evindən 80 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, orada dayə işləyən paytaxt sakini Sevinc Fərəcova saxlanılıb.
Araşdırma davam etdirilir.
İnterpress.az