İnterpress.az xəbər verir ki, erməni jurnalist və ictimai xadim Süzan Caginyan onun düşdüyü vəziyyətə biganə qalmamış azərbaycanlı həmkarlarına minnətdarlıq edib.
“Mən haqqin.az-a müraciət ünvanladım, çünki bütün erməni KİV, müxalifyönümlü nəşrlər də daxil olmaqla, müraciətimi dərc etməkdən imtina etdilər. Həmin müraciətimdə mən insanlıq əleyhinə olan Sarkisyan rejiminin hüquqlarımı pozmasından yazmışdım. Azərbaycanlı həmkarlarım isə bunu dərc etdilər və problemimi dünya ictimaiyyətinə çatdırmaqda yardımçı oldular”, – Bakıdakı Beynəlxalq mətbuat mərkəzində keçirilən mətbuat konfransında Caginyan deyib.
O qeyd edib ki, jurnalistdir və siyasətçi deyil. Süzan Caginyan əlavə edib ki, Sarkisyan rejimi ölkədə bütün başqa cür düşünənləri əzir, mülki və insan hüquqlarını pozur.
İnterpress.az