İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Peskov, çərşənbə günü səfirlərinin etimadnaməsini təqdimatı zamanı Putin ABŞ seçkilərinin nəticələri haqqında münasibətini bildirəcəyini açıqlayıb.
“Gəlin, Putinin həmkarı ABŞ-ın hazırki prezidenti Barak Obama olduğunu unutmayaq. ABŞ-ın rəhbərliyi ilə hələ bir neçə ay çalışmalıyıq, daha doğrusu buna cəhd göstərməliyik.Təəssüf ki, bizim əlaqələrin səviyyəsi Rusiya tərəfinin \”gözləntilərinə uyğun deyil” – Peskov deyib.
Xatırladaq ki, bir neçə saat qabaq Putin, ABŞ-da prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə Donald Trampı təbrik edib.
İnterpress.az