Nazirlikdən verilən məlumata görə, bununla bağlı Vergilər Nazirliyinin kollegiyası müvafiq qərar qəbul edib.
Məlumata əsasən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində bu məsələlərlə birbaşa məşğul olacaq müvafiq struktur bölmə – İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin tərkibində Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb.
İnterpress.az