Bunu İnterpress.az- ın Ailənin tək oğul övladının hərbi xidmətə getməməsi Milli Məclisdə müzakirə mövzusudurmu? sualına cavab verərkən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib.
Evin tək oğul övladının hərbi xidmətə çağrılmaması ilə bağlı bizim komitəyə müxtəlif müraciətlər olur. Bu məsələ düşünülməlidir ki, hansısa bir formada həllini tapıb, tənzimlənsin: Milli Məclisdə ailənin tək oğul övladının hərbi xidmətdən azad etmək deyil, arxa cəbhədə hərbi xidmət etməsi müzakirə olunmuşdur. Lakin sonradan bəlli oldu ki, son 15-20 ildə övladın dünyaya gəlməsində elə tibbi müdaxilələr olunur ki, ailələrdə 10 minlərlə tək oğul övladı var. Bu məsələ ilə bağlı qərar verilərsə, digər tərəfdən iki və daha çox oğlu olan ailələrin narazılığına səbəb ola bilər. Bu da məsələyə düzgün yanaşma olmayacaq. Ona görə bu mövzu ilə bağlı parlamentdə qərar qəbul olunmayıb. Gələcəkdə əlavə təşəbbüslər olarsa, bu qanuna əlavalərin olmasına baxıla bilər”.
Daha sonra millət vəkili bildirir ki, bunun üçün əlavə qanunun qəbul olunmağa ehtiyac yoxdur: “Sözü gedən mövzu Azərbayacan Respublikasının Sillahlı Qüvvələrinin daxili təlimatları ilə həll oluna bilər. Xüsusi qanunun qəbul etməyə ehtiyac yoxdur. Məsələn, Ailənin tək və oğul övladı arxa cəbhədə və ya döyüş zonasından uzaq ərazidə xidmət edə bilər”, – deyə əlavə edib.
Gülşanə Mustafayeva
İnterpress.az