Bu barədə İnterpress.az-a \”Azərbaycan Dəmir Yolları\” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Qurum sözçüsü xatırladıb ki, bu il aprelin 20-də Azərbaycanla İranın dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinə başlanıb:
\”Artıq 8,3 km uzunluğunda yeni dəmir yolu xətti hazırdır. Bu yol boyu 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır. Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilib, körpünün üstü betonlanıb, məhəccərlər qoyulub. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların quraşdırılması prosesi gedir\”.
Gülşanə Mustafayeva
İnterpress.az