Parlamentin bugünkü iclasında Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə haqqında məlumat verib. O bildirib ki, 3 layihə bir müddət əvvəl “Qiymətli kağızlar haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.
Layihənin üçü də ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Həmçinin Vergi Məcəlləsində, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kommersiya sirri haqqında” qanunlarda dəyişikliklər müzakirəyə çıxarılıb.
Qanun layihələrindəki dəyişikliklərin texniki xarakter daşıdığı vurğulanıb.
Layihələr səsə qoyularaq qəbul olunub.
***
İnterpress.az xəbər verir ki, iclasda gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.
Qeyd edək ki, Milli Məclis bu gün 26 məsələyə baxacaq.
Gülşanə Mustafayeva
İnterpress.az