İnterpress.az xəbər verir ki, Trampın bu vəzifəyə favorit namizədi Respublikaçılar partiyasının sabiq spikeri Nyut Qinqriçdır.
Ondan əlavə dövlət katibi postuna daha iki namizəd var. Bunlar ABŞ-ın BMT-dəki sabiq səfiri Con Bolton və Senatın xarici əlaqələr üzrə komitəsinin sabiq rəhbəri Bob Korkerdir. Bolton ABŞ-ın Baş prokuroru da ola bilər.
Nyut Qinqriç sağ-konservativ mövqeyi ilə seçilən namizəddir. O, daha əvvəl abortların, homoseksual nikahların və qeyri-qanuni miqrasiyanın əleyhinə çıxışlar edib. Trampın Nyut Qinqriçi namizəd kimi təqdim etməsi homoseksuallara zərbə kimi qiymətləndirilir. Bir çoxlarının onun vəzifəyə gətirilməsinin əleyhinə olduğu bildirilir.
Bundan əlavə, o dəfələrlə ətraf mühitin qorunması və əhalinin sosial ehtiyacları üzrə proqramların maliyyələşdirilməsinin azaldılmasını təklif edib. O, həmçinin terrorizmlə güzəştsiz mübarizənin aparılmalı olduğunu bildirib.
Xarici siyasətə gəldikdə isə Qinqiriç geridə qalmış ölkələrə qarşı sərt qərarların tərəfdarıdır. O, Barak Obamanının qərarlarına olduqca neqativ yanaşır və daha əvvəl onu ABŞ tarixində ən radikal prezident adlandırıb. (azvision.az)
İnterpress.az