“Mardan Palace” iş adamının borclu olduğu yerli “Xalq Bank” və “Garanti Bank”-ın tələbi ilə ötən il satışa çıxarılmışdı.
Amma sonradan Türkiyənin “Xalq Bank”-ı bu tələbdən imtina etdi.
“Garanti Bank”-ın tələbi ilə təşkil olunan satış tenderinə tək qatılan “Xalq Bank” oteli hərracda açılış qiyməti olan 360 milyon 50.000 türk lirasına ( təxminən 187 milyon AZN) satın alınmışdı.
AST şirkəti tenderin nəticələrinin ləğvi üçün Antalya 5-ci icra hüquq məhkəməsinə müraciət edib. Məhkəmədə işə baxılıb və tenderin nəticələrinin ləğvi barədə qərar qəbul edilib.
“Mardan Palace” otelininin baş direktoru Çetin Pehlivan Türkiyə turizminin böyük problemlərlə mübarizə apardığı 2016-cı il ərzində böhran vəziyyətində qaldıqlarını ifadə edib. Baş direktor sözügedən banka olan borcun satış qiymətinin 7 faizinə bərabər olduğunu və məhkəmənin bunu nəzərə alaraq düzgün qərar qəbul etdiyini qeyd edib. ( aznews.az )
İnterpress.az