Son günlər Almaniyada olan A.Atalay ölkəyə qayıdan zaman İstanbulun hava limanında saxlanılıb.
Polis onun hava limanını tərk etməsinə imkan verməyib.
Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları noyabrın 5-də “Cümhuriyet” qəzetinin rəhbərliyi və yazarlarına qarşı əməliyyat keçirib. Onlar PKK-KKC (terrorçu PKK qruplaşması və “Kürdüstan İctimaiyyəti İttifaqı\” – “Report”) və Fətulahçı Terror Təşkilatı (FETÖ) – “Report” ) terrorçu qruplaşmaları ilə əməkdaşlıq etməkdə və onların xeyirinə təbliğat aparmaqda ttiham olunurlar.
\”Cümhuriyet\” qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub. ( report.az )
İnterpress.az