İnterpress.az xəbər verir ki, bu barədə \” Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətindən məlumat yayıb.
\”Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən insan meyiti çıxarılmışdır. Meyit sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilmişdir. Meyitin Dərinsulu Günəşli platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan \”KCA Deutag\” tərəfindən təsdiq olunub. Bütün əlavə sualların müvafiq hüquq-mühafizə orqanlarına ünvanlanması xahiş olunur\”, – deyə məlumatda bildirilir.
Bundan öncə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı \”Facebook\” sosial şəbəkəsində yazıb ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir. Sosial şəbəkə istifadəçilərindən biri qeyd edib ki, Q. Hacıyev \”KCA Deutag\” şirkətinin əməkdaşıdır.
Xatırladaq ki, noyabrın 8-də Dərinsulu Günəşli platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb.
İnterpress.az