Nizami rayonu ərazisindəki “Ruslan-93” idman mərkəzində 19 yaşlı Qurbanov Cəlal Ələsgər oğlu əvvəlcə tanımadığı şəxslə mübahisə edib. Mübahisə dayandıqdan sonra idmanı davam etdirən C.Qurbanov daha sonra bayıra çıxıb. Burda o tanımadığı şəxslə əlbəayaxa dava edib. Nəticədə C.Qurbanov kürəyindən bıçaq xəsarətləri alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisəni törədən şəxsin axtarışları davam etdirilir. Cəlal Qurvanovu bıçaqlayanın onunla diman zalında mübahisə edən şəxs olub-olmadığı hələlik məlum deyil. ( musavat.com )
İnterpress.az