Gördüyünüz bu binanın fotolarını, \”Qara Qarayev\” metrostansiyasının arxasındakı küçədən çəkilib. İnterpress.az xəbər verir ki, Sputnik-ə danışan sakinlər deyirlər ki, əvvəllər bu binada uşaq bağçası yerləşib. Amma 5 ildir ki, bağça ləğv olunub və yerində bu acınacaqlı mənzərə hökm sürür.
Hazırda bu kimsəsiz xarabalıqlarda sahibsiz heyvanlar məskən salıb. Ərazidə yaşayan Zarina xanımın sözlərinə görə, axşamlar bu binanın qarşısından keçmək mümkün deyil.
Sakinlər qeyd edirlər ki, ərazi üzrə Mənzil İstismar Sahəsinə (MİS) müraciət etsələr də, heç bir nəticə yoxdur: \”Ya bu binanı söküb ərazini təmizləsinlər, ya da təmir edib yenidən hansısa idarəyə versinlər, bizim də canımız qutarsın\”.
İnterpress.az