ABŞ Əfqanıstandakı səfirliyini bağladıbackend

ABŞ Əfqanıstandakı səfirliyini bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bununla bağlı səfirlikdən məlumat verilib.

Bildirilib ki, buna Almaniya konsulluğu və Amerika hərbi bazasına qarşı terror hücumları səbəb olub.
“Təhlükəsizlik tədbirləri ilə bağlı səfirlik müvəqqəti bağlanıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, dünən ABŞ və NATO-nin Baqramdakı hərbi bazasında baş verən terror aktı nəticəsində 4 nəfər həlak olmuş, onlarla insan yaralanmışdı. Cümə günü Əfqanıstanın şimalında Almaniya baş konsulluğuna edilən hücum nəticəsində də 4 nəfər həlak olmuşdu, 120 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara çatdırılmışdı. Hər iki hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

İnterpress.az